Avtomobil Yolları Departamenti yollarda hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumat dərc edir
Avtomobil Yolları Departamenti yollarda hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumat dərc edir.
Onların verdiyi məlumata görə, qar yağması və çətin meteoroloji şəraitlə əlaqədar aşağıdakı avtomobil yollarında məhdudiyyətlər və xüsusi hərəkət rejimləri tətbiq edilib: qar və buzla əlaqədar olaraq qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib – Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (poçt)-Kobi hissəsi, ölkədaxili əhəmiyyətə malik koda -Partxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94-147-ci km-liyində (Pərvanə aşırımı-Ninotsminda), ölkədaxili əhəmiyyətə malik Saçxere (Sareki) -Uzunta-Şkeri-Zudali avtomobil yolu və ölkədaxili əhəmiyyətə malik Kutaisi (Motsameta)-Tkibuli-Ambrolauri avtomobil yolunun 39-52-ci km-lik hissəsində (Nakerala aşırımı). Adıçəkilən yolların qalan hissələrində nəqliyyatın hərəkəti sərbəstdir.
“Ölkədaxili əhəmiyyətə malik Zuqdidi-Jvari-Mestiya-Lasdil avtomobil yolunun 73-cü km-də böyük qaya kütləsi aşağı düşüb və yolun hərəkət hissəsini bağlayıb. Qayaların qoparaq yola düşməsi davam edir. Təmizlik işləri hələ də davam edir, bu səbəbdən bu yolda bütün növ avtomobillərin hərəkəti qadağandır.
Zuqdidi-Jvari-Mestia-Lasdil avtomobil yolunun 70-185-ci km-lik hissəsində (Xaişi-Uşquli) qoşquların, yarımqoşquların və tutumu 30-dan çox olan avtobusların hərəkəti qadağan edilib, digər növ avtomobillərin hərəkətinə sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə icazə verilir. Yolsuzluq nəqliyyat vasitələrinin (iki və ya daha çox aparıcı körpüsüyə malik) hərəkəti sərbəstdir.
Ölkədaxili əhəmiyyətə malik Batumi (Anqisa)-Axaltsixe avtomobil yolunun (Ş-1) 38-ci kilometrliyində dağ yamacı çökərək yolun hərəkət hissəsini bağlayıb və bu səbəbdən sözügedən ərazidə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Yolsuzluq avtomobillərinin hərəkəti Akutsa kəndindən keçən ölkədaxili əhəmiyyətə malik avtomobil yolundan istifadə etməklə mümkündür”, – Yollar Departamentindən bildirir.
Müəllif -
Mehemmed Bayramaliyev