Avtomobil Yolları Departamenti vətəndaşları qış təkərləri ilə hərəkət etmələrinə çağırır
Çətin meteoroloji şəraitlər səbəbindən Gürcüstan miqyası ilə avtomobil yollarında müxtəlif məhdudiyyətlər var.
Yollar Departamentinin məlumatına görə, çoxlu qar yağması səbəbindən, Mtsxeta-Stepantsminda-Larsinin (Rusiya Federasiyasının sərhədi) avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində yedəkli və yarım yedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır. Başqa növ avtonəqliyyat vasitəsinin hərəkəti sərbəstdir.
Elə həmin yolun km134-km135 (Dariali Dərəsi) hissəsində avtomobillərin gediş-gəlişi zamanı onların dayandırılması qadağandır.
İntensiv qar və dodaq-buz səbəbinə görə, Tbilisi-Senaki-Leselidze (Rusiya Federasiyası sərhədi) yolunun km138-km158 (Şumatelet-Xunevi) hissəsində yedəkli və yarım yedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır. Başqa növ avtonəqliyyat vasitəsinin hərəkəti sərbəstdir.
Yollar Departamentinin məlumatına görə, çoxlu qar yağması səbəbindən, Qomi-Sacçxere-Çiatura-Zestaponi avtomobil yolunun km1-km40 hissəsində, Kutaisi-Sğaltubo-Sageri-Lentexi-Lasdali avtomobil yolunun km15-km88 hissəsində, Xaşuri-Axaltsixe-Vale (Türkiyə Respublikası sərhədi) km80-km97 hissəsində, Axalsixe-Ninotsminda (Ermənistan sərhədi) km90-km112 (Ninotsminda-Ermənistan sərhədi) hissəsində və Axalkalaki-Kartsaxi (Türkiyə Respublikası sərhədi) yolun km1-km36 hissəsində yedəkli və yarım yedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır. Başqa növ avtonəqliyyat vasitəsinin hərəkəti sərbəstdir.
İntensiv qara görə, Alpana-Saqeri avtomobil yolunun km1-km22 hissəsində, yedəkli və yarım yedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır. Başqa növ avtonəqliyyat vasitəsinin hərəkəti sürüşkənliyə qarçı zəncirlərin istifaəsi ilə mümkündür. İki və ya daha artıq aparan körpüsü olan vtonəqliyyat vasitəsinin hərəkəti sərbəstdir.
Yaranmış durumdan irəli gələrək, Avtomobil Yolları Departamenti vətəndaşları qış mövsumuna müvafiq təkərlərlə, saz avtonəqliyyat vasitəsi ilə hərəkət etmələrinə və avtomobil yollarında təsis edilmiş rejimə tabe olmağa çağırır.