Avtomobil Yolları Departamenti - Rikoti dağ keçidində zədələnmiş hissələrin təmiri davam edir
Avtomobil Yolları Departamenti - Rikoti dağ keçidində zədələnmiş hissələrin təmiri davam edir

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin, Avtomobil Yolları Departamentinin məlumatına əsasən Tbilisi-Senaki-Leselidze avtomobil yolunun Rikoti dağ keçidində qış mövsümündə mürəkkəb iqlim şəraiti və intensiv təmizləmə işləri yol örtüyünə zərər vurub.

“Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək üçün artıq bu gündən zərər görmüş yolun təmirinə başlanılıb. Növbəti günlərdə birinci mərhələdə yolun zədələnmiş ərazilərində saat 08:00-dan 19:00-dək müvəqqəti təmir işləri aparılacaq. Müvafiq iqlim şəraiti yaranan kimi yolun əsaslı təmiri nəzərdə tutulur. Tikinti müddətində bəzi yerlərdə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırıla bilər, buna görə üzr istəyirik” -deyə Avtomobil Yolları Departamentinin məlumatında deyilir.