Avtomobil Yolları Departamenti – Bütün istiqamətlərdə yol təmizləmə işləri davam etdirilir

11:09, 05.01.2022

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən verilən məlumata görə, Gürcüstan yollarında bütün istiqamətlərdə təmizləmə işləri aparılır.

Agentliyin məlumatına görə, hazırda intensiv təmizləmə işləri nəticəsində Tbilisi-Senaki-Leselidze beynəlxalq yolunda avtomobillərin hərəkəti sərbəstdir.

Aşağıdakı yollarda bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır: Qar uçqunu təhlükəsi ilə əlaqədar 43km-45km-in Kutaisi-Tkibuli-Ambrolauri hissəsində (Nakerali aşırımı) bütün növ avtomobillərin hərəkəti qadağandır.

Çətin meteoroloji şərait (qar, qar fırtınası, görmə məhdudluğu) ilə əlaqədar Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda yolunda km94-km110 (Paravani aşırımı) ilə bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır. Yolun qalan hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.

Eyni zamanda, daxili əhəmiyyətli Zuqdidi-Cvari-Mestiya-Lasdili, 70km-186km (Xaişi-Uşquli) hissəsində qoşqu, yarımqoşqu və tutumu 30-dan çox olan avtobusların hərəkəti qadağandır.

Oxşar