Avtomobil oğurluğu ittihamı ilə bir nəfəri yaxaladılar
Avtomobil oğurluğu ittihamı ilə bir nəfəri yaxaladılar

Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tbilisidə 1988-ci il təvəllüdlü Ukrayna vətəndaşı V.F.-nı avtomobili oğurluq etməkdə təqsirli bilinərək həbs etdilər.

“İstintaqla müəyyən olundu ki, ტəqsirləndirilən şəxs 1993-cü il təvəllüdlü M.M.-ya məxsus avtomobili qanunsuz mənimsəyərək, hadisə yerindən qaçıb gizləndi. Patrul Polis Departamentinin əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində dərhal nəqliyyat vasitəsinin olduğu yer müəyyən edilib, cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək yaxalandı”, – DİN-in məlumatında deyilir.

İstintaq Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinin “d” bəndi ilə aparılır. Cinayət dörd ildən yeddi ilədək həbs cəzasını nəzərdə tutur.