Avtandil Enukidze yanacaqdoldurma məntəqələrinin yoxlamanılması təşəbbüsü ilə çıxış edib
Avtandil Enukidze yanacaqdoldurma məntəqələrinin yoxlamanılması təşəbbüsü ilə çıxış edib

 

“Avropalı Sosialistlər”in üzvü Avtandil Enukidze nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməməsinə görə cərimələrin artırılması ilə bağlı qanunvericilik paketini müsbət qiymətləndirir.

O , müvafiq dəyişikliklərlə tamamilə razı olduğunu bildirib.

“Mən bu qanunun qəbulu və ümumiyyətlə sərtləşdirilmə ilə tamamilə razıyam. Texniki baxış olmayanda hər şey qarışdı. Rüsum 50 lari olarkən, şəxs yenə də bir ay avtobusla hərəkət edir, insanları qəbul edir, çünki bir ay gəzə bilər” – deyə Avtandil Enukidze bildirib.

Bununla yanaşı, Enukidze parlamentdə, büronun iclasında yanacaqdoldurma məntəqələrinin yoxlanılması təşəbbüsü ilə çıxış edib.

“Yanacağı yoxlayın. Yoxlanılmır, bu qədər ildir görməmişəm. Bütün yanacaqdoldurma məntəqələri əvvəllər yoxlanıldığı kimi yoxlanılsın” – deyə Avtandil Enukidze bildirib.

Parlamentin ətraf mühitin mühafizəsi komitəsinin sədri Maia Bitadze Avtandil Enukidzeyə cavab verib və qeyd edib ki, onlar mütləq nazirlikdən müvafiq məlumat tələb edəcəklər.

“Mütləq nazirlikdən müvafiq məlumat tələb edəcəyəm. Bildiyimə görə, bu il nazirlik yanacaqdoldurma məntəqələrinin yoxlanılması baxımından aktivləşib, lakin mən mütləq məlumat tələb edib sizə məlumat verəcəyəm” -deyə Maia Bitadze bildirib.