Avstriyanın turizm nəşri Gürcüstan haqqında məqalə dərc edir- Gürcüstan, qürurverici tarix, Avropanın bir hissəsi
Avstriyanın məşhur turizm nəşri T.A.I. Gürcüstanın turizm istiqaməti haqqında məqalə dərc edir. “Qürurverici tarix, Avropanın bir hissəsi! Gürcüstan Vyana Turizm Sərgisində, Avstriya aviaşirkətlərinin Gürcüstana qayıdışı” – müəllif bu başlıq altında Gürcüstanın turizm məhsulları və ölkənin müxtəlifliyi haqqında məqalə yazır.
“Keçən il Gürcüstan “ITB Berlin 2023″ sərgisinin ev sahibi ölkəsi olub, bu il isə ölkə Vyana Turizm Sərgisində təmsil olunub” – məqalədə deyilir.
Məqalədə Gürcüstan və Avstriya arasında artan hava əlaqəsi vurğulanır.
“Avstriya Gürcüstan üçün yeni hədəf ölkə hesab olunur. 2024-cü ilin may ayından etibarən Avstriya Hava Yolları həftədə üç dəfə paytaxt Tbilisiyə birbaşa uçuşlar həyata keçirəcək” – 2023-cü ilin dekabrında Avropa Şurasının Gürcüstana Aİ-yə namizəd ölkə statusu verdiyini vurğulayan Gürcüstan səfirliyinin müşaviri Nika Mağradze bu haqda açıqlayıb.
Məqalədə gürcü şərabına xüsusi diqqət yetirilir.
“Gürcüstan dünyanın ən qədim şərab istehsal edən ölkəsidir, qızıl hasilatı və toxuculuq emalı tarixi ilə, xristianlığın qalası hesab olunur və uzun monarxiya tarixinə malikdir”-məqalədə deyilir.
Avstriya nəşri Gürcüstanda turizmin inkişafından və turizmdən əldə edilən rekord gəlirdən yazır.
“Gürcüstanın Milli Turizm Administrasiyası turizmin inkişafına cavabdehdir, onun rəhbəri 2022-ci ildən Maia Omiadzedir. Bu sahə Gürcüstan iqtisadiyyatının əsas gəlir mənbələrindən biridir. Pandemiyadan əvvəl Gürcüstanda rekord sayda doqquz milyon beynəlxalq ziyarətçi qeydə alınıb. 2023-cü ildə Gürcüstana gələn qeyri-rezident ziyarətçilərin sayı 7,2 milyon nəfərə çatıb, onlardan 6,17 milyonu beynəlxalq ziyarətçidir.
Turizm gəliri 2023-cü ildə 4,47 milyard avro təşkil edib, bu da pandemiyadan əvvəlki göstəricini 26% aşıb. Tutum qabiliyyətinə görə ölkənin beynəlxalq hava limanları 6,01 milyon sərnişinə xidmət göstərib, bu da 2019-cu illə müqayisədə 15,4%-lə çoxdur” – məqalədə deyilir.
Məqalədə Gürcüstanın dəniz, qış və spa kurortları, YUNESKO abidələri və mühafizə olunan əraziləri, həmçinin gürcü mətbəxi təsvir olunur.
Məlumatı Milli Turizm Administrasiyası yayır.