Avstriyanın Gürcüstandakı səfiri - görürəm ki, bir çox rus Gürcüstana gəlməyə çalışır, bunun böyük bir çağırış olduğunu bilirəm və əminəm ki, hökumət bunun öhdəsindən gələcək
Avstriyanın Gürcüstandakı səfiri, Toman Miulmanın sözlərinə görə, çoxlu rus Gürcüstana gəlməyə çalışsa və bu, ölkə üçün böyük çaöırış olsa da, hökumət bunun öhdəsindən gələcək.
Səfirin dediyinə görə, qeyd olunan mövzu ilə bağlı tövsiyələr vermək onun işi deyil.
“Gürcüstan hökumətinə tövsiyələr vermək mənim işim deyil. Görürəm ki, bir çox rus Gürcüstana gəlməyə çalışır. Bunun Gürcüstan üçün böyük bir çağırış olduğunu bilirəm, lakin əminəm ki, hökumət bunun öhdəsindən gələcək”, – səfir bəyan etdi.
Daxili İşlər Nazirliyi Rusiya Federasiyasından daxil olan və Gürcüstandan Rusiyaya gedən vətəndaşların sayı ilə bağlı sentyabrın 27-də məlumat yaydı.