Avstriyanın Daxili İşlər Naziri - Maçalikaşvilinin Viyanaya gətirilməsi Avstriya üçün böyük təhlükə olardı
Avstriya iqtidarı Temirlan Maçalikaşviliyi müalicə üçün qəbul etməməsinin səbəbini açıqlayır.
Ölkənin Daxili İşlər Naziri Herbert Kikli Avstriyanın Krone nəşriyyatına verdiyi müsahibədə bu barədə bəyanat verdi.
Kiklinin dediyinə görə, terorizmlə suçlanan şəxsin ölkəyə gətirilməsindən, sadəcə ölkənin təhlükəsizliyi üçün imtina etdilər.
Avstriyanın Daxili İşlər Nazirinin dediyinə görə, teroristlər Maçalikaşviliyi azad etmək üçün klinikaya hücüm edə bilərdilər və bu da faciəyə səbəb ola bilərdi.
Avstriya nəşriyyatı yazır ki, 19 yaşlı gənc “İslam Dövlətinin” adi bir üzvü deyil, liderlərindən biri olan Ahmet Çatayevin yardlmçısı idi.
Yayılan məlumata görə, Temirlan Maçalikaşvili Çatayevin silahla təmin edilməsinə yardım edirdi.
Milliyətcə çeçen olan Çatayev səkkiz il ərzində Viyanada yaşayırdı.
Türkiyənin xüsusi xidmətləri onu Atatürk hava limanında baş verən teror aktını təşkil etməklə ittiham edirdilər.
“Əlbəttə ki, potensiyal teroristi ölkəmizə müalicə üçün belə olsa, buraxa bilməzdik və imtina etdik” – dedi Daxili İşlər Naziri.
Pankisidəki xüsusi əməliyyat zamanı yaralanan Temirlan Maçalikaşvili dünən Tbilisinin Müqəddəs Mikael adın klinkasında həyatını itirdi.