Avstriyada parlament seçkiləri davam edir

13:19, 29.09.2024

Avstriyada ölkənin növbəti beş il üçün taleyini müəyyən edəcək parlament seçkiləri davam edir. Əhali parlamentə 183 deputat seçir.

Səhər saat 06:00-da 10 min seçki məntəqəsindən birincisi açılıb. Səsvermə saat 17:00-dək davam edəcək.

Əhali siyasi spektrin çox fərqli partiyaları arasında seçim etməli olur. Bu gün ifrat sağçı Azadlıq Partiyasının ən çox səs toplayıb Avstriyada əsas siyasi qüvvəyə çevrilib-çevrilməyəcəyi bəlli olacaq.

Xatırladaq ki, bu qrup iyunda keçirilən Avropa Parlamentinə seçkilərdə uğur qazanıb. Keçmiş daxili işlər naziri Herbert Kiklz 2021-ci ildən partiyaya rəhbərlik edəcək və qalib gələrsə, Avstriyanın kansleri olacağı gözlənilir.

Oxşar