Avstriya Xarici İşlər naziri - Gürcüstanın uğuru bütün Avropa İttifaqının uğurudur
Avstriya Xarici İşlər naziri - Gürcüstanın uğuru bütün Avropa İttifaqının uğurudur

Gürcüstanın uğuru bütün Avropa İttifaqının uğurudur, – bu barədə Avropa və Beynəlxalq İşlər naziri, Aleksandre Şalenberq “tvitterz” sosial şəbəkəsində David Zalkaliani ilə görüşündən sonra yazdı.

Şalenberiqn qeyd etdiyinə görə, Avropa İttifaqı Gürcüstanla sıx əlaqələrə sadiqdir.

Avropa İttifaqının üzv ölkələri – Avstriya, Rumıniya və Litva Xarici İşlər nazirləri Gürcüstana Avropa Komissiyasının ali nümayəndəsi, Cozef Borelin mandatı ilə, Cənubi Qafqaza turne çərçivəsində gəliblər. Avstriya, Rumıniya və Litva Xarici İşlər nazirləri  Qafqaza səfər barəsində qərarı Avropa İttifaqı üzv ölkələrinin qeyri-formal ministerialında, 27 mayda qəbul etdilər.