Avstriya səfirliyi - Şovidə baş vermiş faciə ilə bağlı dərin hüznlə kədərləndiyimizi bildirir, həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı veririk
Avstriyanın Gürcüstandakı səfirliyi təbii fəlakət zamanı həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verir.
“Avstriyanın Gürcüstandakı səfirliyi Şovidə baş vermiş faciə ilə bağlı dərin hüznlə kədərləndiyini bildirir və həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verir.
Avstriya səfirliyi davam edən xilasetmə və evakuasiya işlərini izləyir və hələ də fəlakət zonasında olan və ya itkin düşmüş hesab edilən bütün insanların tez və təhlükəsiz şəkildə evlərinə qayıdacaqlarına böyük ümid bəsləyir”, – səfirliyin bəyanatında deyilir.
Avqustun 3-də Şovidə sürüşmə baş verib. Hazırda mövcud olan rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 11 nəfər həlak olub.