Avstriya səfiri - Avropa perspektivinin verilməsi Gürcüstanı Aİ- ilə əlaqələr yolunda irəliyə apardı, lakin prosedur nöqteyi-nəzərdən prosesə həddən artıq optimist yanaşmayın, bu, uzunmüddətli bir yoldur
Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatında Gürcüstan və Avstriya arasında münasibətlərin vacib aspektlərinin və Gürcüstanın Avropa İttifaqına inteqrasiya perspektivlərinin parlamentə dəvət olunmuş Avstriyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Tomas Miulmanın müzakirə etdiyi əsas məsələlər olduğu deyilir.
Səfir iki ölkə arasında müxtəlif istiqamətlər üzrə mövcud əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıb və gələcək perspektivlərə diqqət çəkib. Tomas Miulman hər iki ölkənin Avropa İttifaqı ilə əlaqələrindən də danışıb və qeyd edib ki, Gürcüstanın Avropa İttifaqı ilə bağlı yaxşı gündəliyi var və eyni zamanda görüləcək çox iş var.
“Bir il əvvəl Assosiasiya Sazişindən danışırdıq, indi isə genişlənmənin məntiqindən danışırıq. Gürcüstanın Avropa İttifaqına üzvlük müraciətinə gəlincə, siz, Moldova və Ukrayna birlikdə kifayət qədər tələsik Avropa İttifaqına müraciət etmisiniz. Təəccüblüdür ki, Aİ artıq iki dəfə bir araya gələrək konsensus əsasında razılaşma əldə edə bilib. Birincisi Avropa Şurasının iclası və komissiyaya rəy hazırlamaq tapşırığının verilməsi, ikincisi isə artıq iyun ayında ölkənizə Avropa perspektivi verilməsidir. Bu layihə Gürcüstanı Aİ- ilə əlaqələr yolunda irəliyə apardı, lakin prosedur nöqteyi-nəzərdən prosesə həddən artıq optimist yanaşmayın, bu, uzunmüddətli bir yoldur” – deyə Tomas Miulman açıqlayıb.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.