Avstriya kansleri Karl Noyhammer istefa verib
Avstriya kansleri Karl Noyhammer istefa verib. O, bunu Avstriyada ifrat sağçı “Azadlıq Partiyası” olmadan koalisiyanın yaradılması üzrə danışıqların uğursuzluğa düçar olmasından sonra bəyan edib.
“Yaxın günlərdə mən kansler və Xalq Partiyasının lideri vəzifəsindən istefa verəcəyəm və nizamlı keçidi təmin edəcəyəm”. – bu barədə Avstriya kanslerinin X sosial şəbəkəsində dərc etdiyi bəyanatda deyilir.
Bundan əvvəl Neos liberal partiyası danışıqlardan geri çəkilsə də, “Xalq Partiyası” və “Sosial Demokratlar” danışıqları heç bir nəticə verməyib.
“Hazırda hər şeyi sınamışıq. Əsas məsələlərdə razılığa gəlmək mümkün deyil”. – mühafizəkar “Xalq Partiyası”nın lideri olan Karl Nehammer qeyd edib.
Sentyabrda keçirilən seçkilərdə ifrat sağçı “Azadlıq Partiyası”nın qələbəsindən sonra liberal Neos partiyası, “Xalq Partiyası” və “Sosial Demokratlar” üç partiyalı hakimiyyət koalisiyası yaratmağa çalışıb.