Avstriya kansleri İrakli Ğaribaşvilini Avstriyaya rəsəmi səfərə dəvət etdi
Avstriya Respublikasının Gürcüstana Avropa və Avroatlantika yolunda dəstəyinin əhəmiyyəti və Gürcüstanla Avstriya Respublikası arasında partnyorluun daha da dərinləşməsi Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili ilə Avstriya Respublikasının federal kansleri, Karl Nehamer arasında söhbətin əsas mövzusu idi.
İrakli Ğaribaşvili və Karl Nehammer Şərqi Avropa bölgsində təhlükəsizlik mühiti və Ukraynada davam edən hərbi əməliyyatlar barədə fikir və məlumat mübadiləsi apardılar. Baş nazir qeyd etdi ki, Gürcüstan öz Ukraynalı dostlarına həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə həm humanitar, həm də siyasi dəstək verməkdə davam edir.
Hökumət başçısı Avstriya Respublikasının kansleri ilə Gürcüstanın Avropa və Avroatlantik inteqrasiya prosesində əldə etdiyi irəliləyişlər və Avropa İttifaqına üzvlük müraciəti barədə danışdı. Baş nazir qeyd etdi ki, Gürcüstan Avropa Komissiyasından Avropa İttifaqına namizəd ölkə statusu ilə bağlı özünüqiymətləndirmə anketi aldı və Gürcüstanın doldurduğu anket may ayında Avropa İttifaqına təhvil veriləcək.
İrakli Ğaribaşvili Avropaya inteqrasiya yolunda partnyorluğun dəstəklənməsinin vacibliyini vurğuladı və Avstriya Respublikasının üzvlük yolunda Gürcüstanın yanında olacağına ümid etdiyini bildirdi.
Baş nazir Avstriya Respublikasının federal kanslerinə Gürcüstanın Avropaya inteqrasiyasına, suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkürünü bildirdi.
Avstriya kansleri Gürcüstanın baş nazirini Avstriyaya rəsmi səfərə dəvət etdi.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.