Avstriya kansleri - Gürcüstan düzgün istiqamətdə gedir və Avropaya inteqrasiya yolunda dəstəyimi bildirmək istərdim
Avstriya kansleri - Gürcüstan düzgün istiqamətdə gedir və Avropaya inteqrasiya yolunda dəstəyimi bildirmək istərdim

 

Gürcüstan ərazisinin bir hissəsi işğal olunub, rus hərbçilər ölkənizin ərazisindədirlər və bu, özü-özlüyündə Gürcüstan  siyasətinin müəyyən mənada başqa reallıqda ifadə edilməli olduğu reallığını gətirir – bu barədə Avstriyanın federal kansleri Karl Nehammer Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə birgə brifinqdə açıqlayıb.

O, Gürcüstanın Avropa İttifaqının tətbiq etdiyi bütün maliyyə sanksiyalarını dəstəklədiyinə şad olduğunu bildirib.

“Eyni zamanda mən sizə zəmanət vermək və demək istərdim ki, Gürcüstan olduqca düzgün istiqamətdə gedir və Gürcüstanın Avropaya inteqrasiyası yolunda dəstəyimi bildirmək istərdim” -deyə Avstriya kansleri açıqlayıb.