Avstraliyada baş verən daşqın nəticəsində 200-ə qədər ev su altında qaldı
Avstraliyanın şimalında, Kuinslenddə baş verən daşqın nəticəsində 200-ə qədər ev su altında qaldı.
Ağır hava şəraiti və güclü yağış Herbert çayının məcrasından daşmasına səbəb oldu.
Təbii fəlakət zonasında yaşayan insanların evakuasiyası zamanında həyata keçirildi, ancaq bir neçə balaca şəhərin infrastrukturuna ciddi zərər vuruldu.