Avstraliya iqtidarı 250 000 nəfəri yanğın zonasını tərk etməyə çağırır
Avstraliya iqtidarı 250 000 nəfəri yanğın zonasını tərk etməyə çağırır

Avstraliya iqtidarı 250 000 nəfəri, təhlükədən baş qaçırdmaları üçün yanğın zonasını tərk etməyə çağırır.

Məlum olduğu kimi, növbəti saatlar çox çətin olacaq, çünki Viktoriya ştatında, təbii fəlakət zonasında hava temperaturu yüksəkdir və güclü külək yanğının yayılmasına səbəb olur.

Avstraliyanın baş naziri Skot Morrisonun dediyinə görə, bəzi yanğın bölqələrində yağışın yağmasına baxmayaraq, vəziyyət yenə də ağırdır.

Yeni Cənubi Uels sakinləri və Cənubi Avstraliya ştatları da yüksək risk altındadırlar. İqtidar yerli sakinlərə evlərini tərk edib, getməyi tövsiyyə edir.

Avstraliya bir neçə aydır böyük miqyaslı meşə yanğınları ilə mübarizə edir.

Bu vaxt ərzində yanğın 10 milyon hektarlıq əraziyi yox etdi. 27 nəfər həlak oldu. Milyonlarla heyvan öldü.

Bir neçə gün bundan əvvəl isə, Dünya Meteoroloji Təşkilatı bəyan etdi ki, Avstraliya meşə yanğınlarının düstüsü artıq Cənubi Amerikaya qədər çatır.