Avroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstan təmsilçiləri Fransanın Nitsa şəhərinə yollanıblar
Avroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstan təmsilçiləri Fransanın Nitsa şəhərinə yollanıblar

 
Avroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstan təmsilçiləri Anastasiya Vasadze, Nikoloz Xarati və Oto Bazeraşvili Fransanın Nitsa şəhərinə yollanıblar. Onları Tbilisi Beynəlxalq Hava Limanından azarkeşlər yola salıblar.

Avroviziya səhnəsində Anastasiya Vasadze, Nikoloz Xarati və Oto Bazeraşvilinin ifa edəcəyi – Over The Sky müsabiqə mahnısını Betxo və Mebo Nutsubidze yazıb. Klipin çəkilişləri üç fərqli məkanda aparılıb.

Müğənnilərlə yanaşı, avroviziyanın səhnəsinə daha iki rəqqasə- Nita Camaqidze və Barbara Kacaia çıxacaqlar.

21-ci Avroviziya Uşaq Mahnı Müsabiqəsi noyabrın 26-da, saat 19:00-da Fransanın Nitsa şəhərində başlayacaq, Birinci Kanalın efirində reportajın aparıcısı Nika Lobiladze olacaq. Səsvermə noyabrın 24-ü, saat 23:00-dan başlayacaq.

“Bütün komanda ilə birlikdə Nitsaya getdiyim üçün olduqca xoşbəxtəm. Çox yaxşı gözləntilərimiz var. Gürcüstana mütləq çox gözəl emosiyalar gətirəcəyik. Gürcüstan Avropaya deyil, Avropa Gürcüstana gələcək. Bizə səs verəcəyinizə böyük ümidlər bəsləyirik” – deyə Anastasiya Vasadze yola düşməzdən əvvəl açıqlayıb.

“Əlbəttə, hazıram. Sevincliyəm və böyük istəklə Nitsaya gedirik. Məqsədimiz təbii ki, Gürcüstanı dəstəkləyən hər kəs üçün qələbədir. Fikrimcə, biz mütləq qalib gələcəyik. Biz hər şəkildə çalışacağıq”- deyə Nikoloz Xarati qeyd edib.

“Olduqca istəkliyik. Avroviziyaya getdiyimə və Anastasiyanı dəstəklədiyimizə olduqca sevinirəm. Mən çox yerdə demişəm, indi də deyəcəyəm ki, əl üstündə tutmalıyıq, çünki o qızdır, məsuliyyətimiz daha çoxdur. Biz hər şeyi edəcəyik, ancaq insanlar avroviziyanın artıq gələn il Gürcüstanda keçirilməsi üçün bizi dəstəkləməlidirlər . Bizi dəstəkləyin”- Oto Bazeraşvili açıqlayıb.