Avroviziya Mahnı Müsabiqəsi 2023-cü ildə Ukrayna əvəzinə, Böyük Britaniyada keçiriləcək
Avroviziya Mahnı Müsabiqəsi 2023-cü ildə Ukrayna əvəzinə, Böyük Britaniyada keçiriləcək

 

Avroviziya Mahnı Müsabiqəsi 2023-cü ildə Ukrayna əvəzinə, Böyük Britaniyada keçiriləcək. Müsabiqənin qanunlarına əsasən, müsabiqədə qalib gələn ölkə Avroviziyaya ev sahibliyi edir. Bu il Avroviziyanın qalibi Ukraynanın Kalush Orchestra qrupu olub.

Lakin, hələ iyun ayında müsabiqənin təşkilatçıları Avroviziyanın Ukraynada keçirilməsinin mümkün olmayacağını bildirmişdilər. Bundan sonra müsabiqəyə ev sahibliyi etmək üçün Böyük Britaniyanın nümayəndələri ilə danışıqlar aparılırdı.

Avropa Yayım İttifaqında “Eurovision-2023”ə Böyük Britaniyanın ev sahibliyi etməsinə baxmayaraq, Ukraynanın müsabiqədəki qələbəsinin layiqincə əks olunacağı bildirilib.

Ukrayna hökuməti Avroviziyanın təşkilatçılarının qərarından narazılığını bildirib. Onlar, Ukraynanın müsabiqədə təhlükəsizliyi təmin edə biləcəyini, lakin Avropa Yayım İttifaqının müsabiqəni başqa ölkədə keçirmək qərarını yenə də verdiyini bildiriblər.

“Eurovision 2023”-ə ev sahibliyi edəcək şəhərin adı hələ açıqlanmayıb, lakin, Qlazqo və Mançester artıq maraqlarını ifadə ediblər.