Avropaya İnteqrasiya Komitəsinin təşəbbüsü ilə Avropa İttifaqı ilə assosiasiya çərçivəsində qəbul edilmiş qanunvericiliyin qiymətləndirilməsi layihəsi başlayıb
Avropaya İnteqrasiya Komitəsinin təşəbbüsü ilə Gürcüstan və Avropa İttifaqı arasında imzalanmış Assosiasiya Sazişi çərçivəsində, on il ərzində həyata keçirilən qanunvericilik fəaliyyətinin yekunlaşdırılması prosesi başlayıb və bu proses Aİ-yi üzvlüyünün sonrakı mərhələsinə keçmək üçün Gürcüstanın hazırlığına mühüm töhfə verəcək. Bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayır.
Qurumdan verilmiş məlumatda bildirilir ki, işgüzar iclasda komitə üzvləri və ekspertlər assosiasiya sazişində nəzərdə tutulmuş sahələrə uyğun olaraq son 10 ildə aparılan islahatların qiymətləndirilməsi və Aİ standartlarına uyğunluq ilə bağlı konkret məsələləri müzakirə ediblər.
“Layihə çərçivəsində Gürcüstan parlamentinin atdığı mühüm addımlar yekunlaşdırılacaq, bunun əsasında da Gürcüstanda cəmiyyət həyatının bütün mühüm sahələrində Avropa standartı tətbiq edilir.
Layihə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Şərq Tərəfdaşlığı Dövlət İdarəçilik İslahatının Regional Fondunun dəstəyi və Avropa İttifaqı məsələləri üzrə ekspertlər Ekaterine Kardava və İoseb Nanobaşvilinin iştirakı ilə həyata keçiriləcək”-məlumatda qeyd olunub.