Avroparlamentin ilk sessiyası etiraz və narazılıqlar fonunda başladı
Avroparlamentin ilk sessiyası etiraz və narazılıqlar fonunda başladı.
Seçkilərdən sonra, Avroparlamentin ilk iclasında himn səslənən zaman Britaniyanın Breksit partiyasının üzvləri zalda arxalarına döndüdlər.
Bununla yanaşı, sessiya başlayan zaman yüzlərlə Kataloniyalı parlament binasının önündə etiraz aksiyası keçirdilər. Etirazın səbəbi isə o idi ki, üç Kataloniyalı siyasətçi – Karlos Puiçdemon, Toni Komini və Oriol Cankeras Avroparlamentdə yer ala bilmədilər.
Karlos Puiçdemon və Toni Komini referendumdan sonra Brüsselə qaçdılar.
Oriol Cankeras isə, həbs edilib.
Strasburqda Breksitə qarşı etiraz aksiyasını pro-Avropalı liberal-demokratar da keçirdilər.
Paralel olaraq, Avropalı liderlər Avropa İttifaqının aparıcı vəzifələri ilə bağlı razılığa gələ bilmirlər.