Avroparlamentin deputatı - "Milli Hərəkat"-ın namizədi və sabiq Rusiya səfiri, Gürcüstanda prezident postu üçün qeyri-məqbuldur
Biz düşünürük ki, “Milli Hərəkat”-ın namizədi və sabiq Rusiya səfiri, Gürcüstanda prezident postunda olmamalıdır, – bu barədə bəyanatı Rumıniyalı siyasətçi, Avroparlamentin üzvü Viktor Boştinaru Avroparlamentdə, Gürcüstanla bağlı asosiasiya razılaşmasının yerinə yetirilməsi haqqında hesabatın müzakirə edildiyi zaman verdi.
Boştinarunun bu bəyanatına “Avropa xalq partiyası”-nın üzvü cavab verdi.
Avroparlamentar Ştetinanın qeyd etdiyinə görə, Avroparlamentin mandatı seçki prosesinə qarışmağı nəzərdə tutumur, halbuki, Boştinarunun bəyanatı birbaşa seçkilərə qarışmaqdır.
Avroparlamentar Boştinarunun dediyinə görə isə, onun üçün bir Rumıniyalı və bir pro-avropalı olaraq, inanılmazdır ki, Rusiyanın sabiq səfiri, istər Gürcüstan, istər başqa hərhansı bir ölkə üçün prezident namizədliyinə doğru seçim ola bilər.