Avroparlamentdə iyunun 12-də Gürcüstan haqqında debatlar keçiriləcək
İyunun 12-də Avroparlamentdə Gürcüstan haqqında debatlar keçiriləcək.
Debat zamanı Avrokomisiyanın vitse-prezidenti və Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Federika Mogerini nitqlə çıxış edərək, Rusiya tərəfindən Gürcüstan ərazilərinin işğal edilməsindən sonraki 10 ili müzakirə edəcək.
Mogerinin çıxışından sonra, Avroparlamentarlara öz mövqelərini bildirmək imkanı veriləcək.
Avroparlament Gürcüstan haqqında rezolyusiyanın qəbul edilməsini də planlaşdırır, hansı ki, 2008-ci ilin 5 günlük müharibəsinə aiddir.