Kremlin Gürcüstanın birləşməsinə mane olan bütün addımlarını qınayırıq, – Bu barədə bəyanatı avroparlamentar Tune Kelam Birinci Kanala verdi.
Onun bəyanatına görə, qonşularını qorxudmağa əsaslanan siyasət, daimi destabilizasiya yaratmaq cəhdi və hökümətlərin ərazi bütövlüyünə əl qoymaq Avropa İttifaqı üçün qeyri-məqbuldur.
“2008-ci ildə partnyor ölkəmizə Rusiyanın hücumunu və Kremlin indiki hərəkətlərini qınayırıq. Təəssüf ki, Gürcüstanda və Ukraynada biz okkupantı dayandıra bilmədik. Bundan sonra dəstəyimizi qəbul edin. Həmçinin, Sxinvalidə Arçil Tatunaşvilinin qəddarca öldürülməsi faktına görə, dərin üzüntümü bildirmək istəyirəm” – dedi Tune Kelam.