Avroparlamentarlar Avropa İttifaqına müraciət edirlər ki, Azərbaycana təzyiq edilsin
120 avroparlamentar Avropa İttifaqına müraciət edir ki, Qarabağ müharibəsi zamanı əsir düşən erməni əsgərlərinin azad edilməsi üçün Azərbaycana təzyiq edilsin.
Müvafiq məktubla avro-deputatlar Avropa komisiyasına, Avropa Şurasına və Avropanın Xarici İşlər Xidmətinə müraciət edirlər.
Onların dediyinə görə, Ursula Fon Der Laien, Şarl Mişel və Cozef Borel əlindən gələni etməlidirlər ki, Azərbaycandan beynəlxalq qanunun qorunması tələb olunsun.
Avrodeputatların dediyinə görə, Azərbaycanda qalan erməni əsgərlərin sayını bilmək mümkün deyil, çünki Azərbaycan tərəfi onlarla əməkdaşlıq etməkdən imtina edir.
Azərbaycan tərəfi isə, bəyan edir ki, Ermənistana bütün əsirlər qaytarılıb.
Bakıda bəyan edirlər ki, Rusiyanın vasitəçiliyi ilə imzalanan sənədin atəşkəsdən sonra əsir düşən şəxslərə aidiyyatı yoxdur, çünki atəşkəsdən sonra həbs olunanlar terrorizm və sabotaj yaratmaqla ittiham olunurlar.