Avroparlament Rusiya və Azərbaycandaki prezident seçkilərinə müşahidəçi missiyalarını göndərməyəcək
Avroparlament Rusiya və Azərbaycandaki prezident seçkilərinə müşahidəçi missiyalarını göndərməyəcək – bu barədə Demokratiya və Seçkilərin Koordinasiya qrupunun həmsədrləri Devid Makalister və Linda Makavenin, Avroparlamentin rəsmi veb-səhifəsində yayılan bəyantlarında deyilir.
Bəyanatda deyilir ki, Avroparlament Rusiya və Azərbaycanda keçirilən prezident seçkiləri prosesini müşahidə etməyəcək, müvafiq olaraq, seçkilərin nəticələrini də dəyərləndirməyəcək. Əgər hansısa deputat qeyd olunan ölkələrdəki seçkilərə müşahidə etmək üçün getsə belə, bunu Avroparlamentin adı ilə deyil, indivudual istəyi ilə edə bilər.
“Rusiyanın rəsmi təşkilatlarının, beynəlxalq müşahidəçilərinin gəlmələri və yerləşmə xərclərinin qapanması ilə bağlı etdiyi təklif etika normalarına ziddir” – deyirlər avroparlamentin deputatları.
Bəyanatda həmçinin deyilir ki, Avroparlamentin rəsmi mövqeyi Azərbaycanın seçkiləri ilə bağlı, Avropa İttifaqı və Bakı arasındaki münasibətlər haqqında Avroparlamentin yaz sessiyasında hazırlanan hesabatda veriləcək.
Rusiyada parlamet seçkiləri martın 18-də keçiriləcək. Azərbaycanda isə, aprelin 11-də.