Avroparlament bugün sədr seçir.
Mətbuat xidmətinin məlumatına görə, Avroparlamentin prezidenti vəzifəsinə dörd namizəd təqdim edilib.
Onlar Almaniya, İspaniya, İtaliya və Çexiya nümayəndələridirlər.
Namizədlər arasında iki qadın var – Almaniya nümayəndəsi, “Yaşıllar”-ın üzvü Ska Keler və İspaniya nümayəndəsi Sira Reqo, hansı ki, solçu siyasi qrupunun üzvüdür.
Avroparlamentin mətbuat xidmətinin məlumatına görə, qələbə üçün namizədlər səslərin tam çoxluğunu yığmalıdırlar.
İlk raundda namizədin gərəkən səs sayını toplaya bilmədiyi təqdirdə, ikinci raund keçiriləcək.
Elə bugün Avroparlamentin üzvləri 14 vitse-prezident seçəcəklər.
Xadırladaq ki, yeni seçilən Avroparlamentin ilk iclası iyulun 2-də keçirildi.