Avroparlament Aİ İnstitutlarına, Gürcüstanın Avropaya qoşulma həvəsini yenə bir dəfə təsdiqləmələri üçün müraciət edir
Avroparlament Avropa İttifaqı İnstitutlarına müraciət edir ki, növbəti sammitdə, Gürcüstanın, Ukraynanın və Moldovanın Avropaya qoşulma həvəsini yenə bir dəfə təsdiqləsinlər – bu barədə Avroparlamentin “Şərq Partnyorluğu” ilə bağlı, 2017-ci ilin sammitindən öncə verdiyi hesabatda deyilir.
“Şərq Partnyorluğu” haqqında hesabat Avroparlamentdə səs verməyə bugün çıxardıldı və onu 519 avro-deputat dəstəklədi.
Hesabata əsasən, Avroparlament üzv ölkələrə müraciət edir ki, sammitin ambisiyalı deklarasiyası haqqında razılığa gəlsinlər, hansı ki, uzun müddətli məqsədləri nəzərdə tutur.
Avroparlamentin hesabatında söhbət “Şərq partnyorluğu” ölkələrinin vətəndaşları üçün Avropa İttifaqının təhsil müassisələrində təhsil almaq imkanlarının asanlaşdırılması zərurətindən və üzv ölkələrdə infrastruktur layihələrinin həyata keçirilməsindən gedir.