Avropanın Ətraf Mühitin Qorunması Agentliyinin məlumatına görə, 2016-cı ildən bu günə qədər, havanın çirklənməsi nəticəsində, Avropada 400 min insan həyatını itirib
2016-cı ildən bu yana, havanın çirklənməsi nəticəsində, Avropada 400 min insan həlak olub.
Bu barədə məlumatı Avropanın Ətraf Mühitin Qorunması Agentliyi yayır.
Ətraf mühit və atmosferin çirklənməsinin təhlükəli nəticələri haqqında hesabatı hazırlayan müəllif və hava keyfiyyəti mütəxəssisi Alberto Qonsalez bəyan edir ki, hava tərkibində sağlamlıq üçün təhlükəli hissələrin səviyyəsi azalır, ancaq, azalmaya baxmayaraq, vəziyyət yenə də ağırdır.
Qonsalezin dediyinə görə, atmosfer çirklənməsi və kirli hava insan sağlamlığı üçün çox ciddi risklər yaradır.
Avropa İttifaqının qanunvericiliyinə əsasən, Aİ-nin bütün üzv dövlətləri, ölkələrindəki havanın keyfiyyətini yoxlayıb, hava çirklənməsi probleminin aradan qaldırılması üçün gərəkən tədbirlər görməlidirlər.