Avropanın Dərman Agentliyi "Modernanın" istehsalı olan vaksinanın koronavirusa qarşı istifadəsinə icazə verdi
„Avropanın Dərman Agentliyi “Modernanın” istehsalı olan vaksinanın koronavirusa qarşı istifadəsinə icazə verdi.
Bu haqda məlumat agentliyin veb-səhifəsində verilir.
Agentliyin qərarı ilə, “Moderna” vaksinasının istifadəsi 18 yaşdan yuxarı olan insanlar üçün tövsiyyə edilir.
Bu Dərman Agentliyi tərəfindən Avropa İttifaqında təsdiqlənən ikinci vaksinadır.
Agentlik vaksinanın keyfiyyətini, təhlükəsizliyini və effektivliyini dəyərləndirdi və qarar verdi ki, vaksina effektivdir.
“Modernanın” iki dozası bir nəfərə 28 günlük intervalla ediləcək.
“Faizer” və “Biontekdən” sonra “Moderna” Avropa İttifaqında koronavirusa qarşı istifadə edilən ikinci vaksina olacaq.