Avropanın Dərman Agentliyi COVİD-19-a qarşı vaksinaya dekabrın 21-də avtorizasiya verəcək
Avropanın Dərman Agentliyi COVİD-19-a qarşı vaksinaya dekabrın 21-də avtorizasiya verəcək

Avropanın Dərman Agentliyi COVİD-19-a qarşı “Faizer” və “Biontek” şirkətləri tərəfindən hazırlanan vaksinaya dekabrın 21-də avtorizasiya verəcək.

“Royter” agentliyinin məlumatına görə, bu deməkdir ki, Avropalılar vaksinanın ilk dozasını milad bayramı günlərində alacaqlar.

Almaniyanın Səhiyyə Naziri Yens Şpanın dediyinə görə, vaksinanın təsdiqlənməsindən sonra 72 saat ərzində, əhalinin vaksinasiyası başlayacaq.

Xatırladaq ki, “Faizer” və “Biontek” şirkətlərinə avtorizasiya verən ilk ölkə Böyük Britaniya idi.

Vaksinaya avtorizasiya həmçinin Kanada və ABŞ tərəfindən də verildi.