Avropanın Dərman Agentliyi "Astrazeneka" və Oksfrod Universitetinin vaksinasının istifadəsi üçün rekomendasiyaların verilməsi məsələsini tezləşdirilmiş qaydada müzakirə edəcək
Avropanın Dərman Agentliyi “Astrazeneka” və Okfrod Universitetinin vaksinasının istifadəsi üçün rekomendasiyaların verilməsi məsələsini tezləşdirilmiş qaydada müzakirə edəcək.
Bu haqda məlumatı “The Guardian” yayır.
Agentlik koronavirusa qarşı vaksinanın istifadəsi üçün rekomendasiyanın verilməsi məsələsini yanvarın 29-na qədər müzakirə edəcək.
Avropanın Dərman Agentliyi tərəfindən təsdiqlənəndən sonra, ona avtorizasiyayı Avrokomisiya da verməlidir.
Avrokomisiyanın prezidenti Ursula Fon Der Laynenin dediyinə görə, agentlik vaksinanın təhlükəsizliyini və effektivliyini dəyərləndirəcək.
“Astrazeneka” vaksinasının təsdiqləndiyi halda, o Avropa İttifaqının koronavirusla mübarizə üçün istifadə edəcəyi üçüncü vaksina olacaq.
Avropa İttifaqında “Biontek” və “Moderna” vaksinası imunizasiya prosesində artıq istifadə olunur.