Avropanın 20-dək ölkəsinin lideri bu gün Parisdə Ukrayna məsələsini müzakirə edəcək
Avropanın 20-dək ölkəsinin lideri bu gün Parisdə Ukrayna məsələsini müzakirə edəcək

 
Avropanın 20-dək ölkəsinin lideri bu gün Parisdə Ukrayna məsələsini müzakirə edəcək. Bu barədə Yelisey Sarayı məlumat yayır.

Fransada açıqlandığı üzrə, Avropanın Ukrayna məsələlərində qətiyyətli olduğu və Rusiyanın müharibədə mütləq qalib gələcəyinə dair nağıllarına qarşı çıxacaqları avropalı liderlərin Rusiya Prezidenti Vladimir Putinə mesajı olacaq.

“Biz Putinə Ukraynada qalib gələ bilməyəcəyi ilə bağlı olduqca açıq mesaj vermək istəyirik. Məqsədimiz bu ideyanı məhv etməkdir. O istəyir ki, birtəhər qalib gələcəyinə inanaq” – Yelisey Sarayının nümayəndəsi mediaya açıqlayıb.

“Reuters” yazır ki, Parisdə keçiriləcək görüşdə Almaniya kansleri Olaf Şolts, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron, İspaniyanın Baş naziri Pedro Sançes və digər ölkələrin liderləri də iştirak edəcək. ABŞ-dan isə konfransda dövlət katibinin köməkçisi Cim O’Brayen iştirak edəcək.