Avropalı parlamentari Naço Sançez Amor - niyə texniki hökumət qurulmalıdır? Keçirilmiş seçkilər beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənib
Avropalı parlamentari Naço Sançez Amor hakimiyyəti müxalifətin qoşulması və 12 bəndin yerinə yetirilməsi üçün müvafiq şərait yaratmağa çağırır. Avropalı parlamentari bunun ölkə üçün kilid məsələ olduğunu bildirib.
“Depolarizasiyaya doğru ilk addım qütbləşməni təşviq etməməkdir. Gürcüstana Moldova və Ukraynadan fərqli statusun verilməsi qərarı siyasi səhvdir. Aydındır ki, bu, daha çox qütbləşmə yaradır. Əvvəla, qütbləşməyə səbəb ola biləcək qərarlardan çəkinmək lazımdır, çünki bizim burada nə düşündüyümüz ayrıca bir məsələdir, lakin Gürcüstanda bütün bunları necə qəbul edəcəkləri problemdir.
Depolarizasiyaya doğru ikinci addım müəyyən şərtlərin yaradılmasıdır. Biz qətiyyətlə bunun üçün birliyin lazım olduğunu bildiririk. 12 bəndin yerinə yetirilməsi üçün iqtidar və müxalifət birləşməlidir, çünki indi əvvəl baş verənlərin heç bir əhəmiyyətinin olmadığı məqamdır. Ona görə də burada fərqli ssenari yoxdur.
Hökumət danışıqlar aparmalıdır. Aydındır ki, bu, beynəlxalq ictimaiyyət tərəfindən tanınan, legitim seçkilər nəticəsində təyin olunmuş hökumətdir, buna görə də hökumət müxalifəti dialoqa dəvət etməli və müxalifət hər bir tərəfin bu öhdəlikləri yerinə yetirmək üçün malik olduğu imkanları aydınlaşdırmaq məqsədilə buna qoşulmalıdır. Görmədiyim qəribə ideya texniki hökumət yaratmaq haqqındadır. Texniki hökumət niyə qurulmalıdır? Seçkilər beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənib. Hakimiyyətdə ölkə adından danışıqlar aparmaq öhdəliyi olan qanuni hökumət var. Hakimiyyəti müxalifətin qoşulması və 12 bəndin yerinə yetirilməsi üçün müvafiq şərait yaratmağa çağırıram. Daha çox vaxt itirməyin”-deyə “Rustavi 2” tərəfindən şərhi yayımlayan Naço Sançez Amor bildirir.