Avropalı liderlər Fransada terorist hücumlarını qınayırlar və fransız xalqına həmrəy olduqlarını bildirirlər.
Bu barədə Avropa İttifaqı Şurasının rəsmi veb-səhifəsində yayılan bəyanatda deyilir.
Avropalı liderlər baş verən hücumları Avropa dəyərlərinə hücum olaraq dəyərləndirirlər.
“Biz Avropalı liderlər, Fransada tördədilən terorist hücumlarına görə, şokdayıq. Bizim ümumi dəyərlərimizə hücum kimi gördüyümüz, bu hücumları sərt şəkildə qınayırıq. Terorizmə və zorakılıq ekstrmizminə qarşı mübarizədə Fransa və fransız xalqına həmrəy olduğumuzu bildiririk.
Dünya liderlərinə müraciət edirik, mövzuları və dinləri ayırmaq yerinə dialoq və bir-birini anlamaq üzərində işləsinlər” – deyilir bəyanatda.
Oktyabrın 29-da, Fransanın Nitsa şəhərində bıçaqlı şəxs üç nəfəri qətlə yetirdi və yenə bir neçəsini yaraladı.
Şəhərin meri baş verən hadisəyi terakt adlandırdı.
Daha sonra, Avanion şəhərində, polis vətəndaşları təhdid edən yenə bir silahlı şəxsi qətlə yetirdi.