Avropada qaz qiymətləri 2023-cü ilin oktyabrından bəri ən yüksək həddə çatıb

12:27, 03.01.2025

2025-ci ilin ilk ticarət günü olan yanvarın 2-də Avropada qazın qiyməti 2023-cü ilin oktyabrından bəri ən yüksək həddə çatıb. Məlumatı “Bloomberg” agentliyi yayıb.

Agentlik qazın qiymətinin artımını üç amilin birləşməsi ilə izah edir. Birinci səbəb Rusiya qazının Avropaya tranzitinin dayandırılması idi; İkinci səbəb Norveçin Hammerfest şəhərində maye qaz zavodunun kompressor nasazlığı səbəbindən yanvarın 9-dək fəaliyyətini dayandırmasıdır; Üçüncü amil Şimali Avropada havaların soyuq keçməsidir ki, bu da regionda qaz istehlakını artırıb.

“Bu həftə Norveç LNG tədarükünün azalması anbardan daha sürətli axınlara səbəb ola bilər. Ehtiyatlar bütün qitədə 2021-ci ildən bəri ən sürətlə azalır.” – “Bloomberg” yazır.

Oxşar