Avropanın bir neçə şəhərində baş verən qasırğa nəticəsində ən az 11 nəfər həyatını itirdi.
“Doiçe Velle”-nin məlumatına görə, təbii fəlakət nəticəsində Almaniyada altı nəfər, Hollandiyada üç nəfər, Belçikada və İtaliyada da bir-bir nəfər həyatını itirdi.
Güclü külək Almaniyada, Belçikada, Holandiyada, Böyük Britaniyada və İtaliyada nəqliyyatın işləməsini dayandırdı. Hollandiya və Almaniyada hava uçuşları ləğv edildi və dəmir yolu hərəkəti dayandırıldı.
Yıxılan ağaclara görə, avtomagistrallar da paralizə edilib.
Bununla yanaşı, Böyük Britaniyanın şimali hissəsində, böyük qar yağışına görə, nəqliyyat hərəkəti dayandırılıb və elektrik enerji xəttləri zərər görüb.