“Avropa Xalq Partiyası” Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin mülki xəstəxanaya köçürülməsini tələb edir

14:01, 27.10.2021

“Avropa Xalq Partiyası” Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin mülki xəstəxanaya köçürülməsini tələb edir. Bu barədə partiyanın “Twitter” səhifəsində qeyd olunub.

“Biz Mixail Saakaşvilinin sağlamlıq vəziyyətinin pisləşməsindən narahatıq.

Biz Gürcüstan hakimiyyətini keçmiş prezident Saakaşvilini dərhal müvafiq mülki xəstəxanaya köçürməyə çağırırıq; Bunu etməməklə, hökumət onun səhhətinin pisləşməsinə görə məsuliyyət daşıyacaq”, – deyə partiyanın bəyanatında deyilir.

Oxşar