"Avropa Universtiteti" təhsil ödənişinə görə, tələbə statusu dayandırılan 70 tələbəyə təhsilinə davam etmək imkanını verir
"Avropa Universtiteti" təhsil ödənişinə görə, tələbə statusu dayandırılan 70 tələbəyə təhsilinə davam etmək imkanını verir

“Avropa Universtiteti” təhsil ödənişinə görə, tələbə statusu dayandırılan 70 tələbəyə təhsilinə davam etmək imkanını verir.

Universitetin rektor vəzifəsinin icraçısı Nino Taliaşvilinin dediyinə görə, tələbələr təhsil ödənişlərini mərhələ şəklində ödəyə bilərlər.

Statusu dayandırılan tələbələr təhsil prosesinə yaz aylarından qoşula bilərlər.

“Universitetimiz öz sosiyal məsuliyyəti çərçivəsində, ölkədə yaranan epid-vəziyyət və iqtisadi vəziyyətin çətinləşməsini nəzərə alaraq, qərar verdi ki, maddi borclara görə, tələbə statusu dayandırılan tələbələrə təhsillərini davam etmək imkanı verilsin.

Statusunu bərpa etmək istəyən tələbələr Universitet rəhbərliyinə ərizə yazmalıdırlar və onların təhsil borcları bütün semestr müddətinə bölünəcək” – dedi Nino Taliaşvili.