“Avropa Universiteti” Niderlandda tanınıb
“Avropa Universiteti” Niderlandda tanınıb

“Avropa Universiteti” Niderlandda tanınmış xarici ali təhsil müəssisəsi oldu.

“Avropa Universiteti”nin məlumatına görə, bu barədə Niderlandın Təhsil, Mədəniyyət və Elm Nazirliyinin rəsmi saytında məlumat dərc olunub.

Onların öz izahatına görə, bu tanınma “Avropa Universiteti”nin məzununa müəyyən prosedurlardan keçdikdən sonra təhsilini davam etdirmək və ya Niderlandda işə düzəlmək imkanı verir.