Avropa Şurasının Parlament Assambleyası Strasburq Məhkəməsinin qərarının icrası üçün rezolyusiya hazırladı
Avropa Şurasının Parlament Assambleyası Strasburq Məhkəməsinin qərarının icrası üçün rezolyusiya hazırladı

Avropa Şurasının Parlament Assambleyası 105, 20-yə qarşı səslə Strasburq Məhkəməsinin qərarının icrası üçün rezolyusiya təsdiqlədi.

Sənəd bir neçə ölkəyə müraciət edir ki, Strasburq Məhkəməsinin qərarlarının icrası tez zamanda həyata keçirilsin və gərəkən kompensasiyalar ödənilsin.

Rezolyusiyada Gürcüstan-Rusiya məsələsi və həmçinin 2006-cı ilin sentyabrından 2007-ci ilin yanvar ayına qədər Rusiya Federasiyasından Gürcüstan vətəndaşlarını yaxalayıb, deportasiya edilməsi faktı haqqında da söz edilir.

Sənəddə deyilir ki, Strasburq Məhkəməsi Rusiyaya, Gürcüstan iqtidarına və 1500 vətəndaşa maddi və mənəvi zərərə görə 10 min avro məbləğində kompensasiya ödənilməsini həvalə etdi.

Rezolyusiyada deyilir ki, qeyd olunan kompensasiya hələ də ödənilməyib və konvensiyanın 46.1 maddəsinə müvafiq olaraq, məhkəmə tərəfindən verilən kompensasiya qərarı hələdə qüvvədə qalır və kompensasiya ödənilməlidir.

AŞPA Rusiyaya müraciət edir ki, Avropa Şurasının Parlament Assambleyasının katibliyi ilə dərhal ödəniş müddətinin gecikdirilməsi üçün yığılan faizlərin şərtləri ilə danışıqlar aparmağa başlasın.