Avropa Şurasının Parlament Assambleyası - Gürcüstanda əsas mühit seçkilər üçün müvafiqdir, ancaq mühitin daha da yaxşılaşdırılmasının yolları mövcuddur
Avropa Şurası Parlament Assambleyası Gürcüstanda mövcud olan seçki qabağı mühiti dəyərləndirdi.
Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyyəti alman deputatı Andrey Hunkonun rəhbərliyi ilə Tbilisiyə sentyabrın 19-20-də gəlmişdi.
AŞPA-nın rəsmi veb-səhifəsində yerləşdirilən hesabata görə, Gürcüstanda əsas mühit seçkilər üçün müvafiqdir, ancaq mühitin daha da yaxşılaşdırılmasının yolları mövcuddur.
“AŞPA-nın nümayəndə heyyəti ümid edir ki, prezident namizədlərinə qarşı nifrət dili və aqressiya yaymaq əvəzinə, onların seçki proqramlarına diqqət yetiriləcək” – deyilir AŞPA-nın bəyanatında.
Nümayəndə heyyəti seçki qabağı müddətində vətəndaş cəmiyyətinin fəal rolunu salamlayır və qeyd edir ki, vətəndaş cəmiyyəti demokratiyanın həqiqi komponentlərindən biridir.
Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyyəti Gürcüstana Xarici İşlər Nazirliyinin dəvəti ilə gəlmişdi.
Səfər çərçivəsində, nümayəndə heyyətinin üzvləri prezident namizədləri, MSK-nın sədri, daxili İşlər Naziri və vətəndaş cəmiyyəti və medya nümayəndələri ilə görüşdülər.
Gürcüstanda prezident seçkiləri zamanı səs vermə prosedurunu AŞPA-nın 33 üzvlük nümayəndə heyyəti müşahidə edəcək.