Avropa Şurasının Parlament Assambleyası bütün partiyalara müraciət edir ki, yeni parlamentdə yerlərini alsınlar və onun demokratik fəaliyyətinə təhlükə yaratmasınlar
Avropa Şurasının Parlament Assambleyası bütün partiyalara müraciət edir ki, yeni parlamentdə yerlərini alsınlar və onun demokratik fəaliyyətinə təhlükə yaratmasınlar

Avropa Şurasının Parlament Assambleyasının monitorinq komitəsi müxalifətin Gürcüstan parlamentinə boykot etdiyinə görə, təəssüfləndiyini bildirir.

AŞPA-nın illik hesabatında qeyd olunur ki, Gürcüstanın son parlament seçkilərində müəyyən problemlər aşkarlandı.

AŞPA-nın monitorinq komitəsi Gürcüstana müraciət edir ki, 2020-ci ilin parlament seçkiləri zamanı qeydə alınan bütün pozuntularla bağlı istintaq aparılsın.

Həmçinin, assambleya bütün siyasi partiyalara müraciət edir ki, yeni parlamentdə öz yerlərini alsınlar və parlametin demokratik fəaliyyətinə maneçilik etməsinlər.

Assambleya qeyd edir ki, “Beynəlxalq müşahidə missiyasının” və daxili müşahidəçilərin qərarına əsasən, parlament seçkiləri rəqabət qabiliyyətli idi, fundamental azadlıq qorunmuşdu və partiyalar azad şəkildə öz kampaniyalarını keçirə bilirdilər.

“Təəssüf ki, müxalifət partiyaları bəyan edirlər ki, onlar seçkilərin kinci turuna və parlamentə boykot elan edirlər.

Parlament siyasətin və debatların aparılması gərəkən yerdir və Assambleya parlament boykotuna qarşı çıxır. Ölkənin maraqlarından irəli gələrək, bütün siyasi partiyalar öz parlament mandatlarını almalıdırlar” – deyilir hesabatda.