Avropa Şurasının Nazirlər Komitəsi Rusiyaya yenə bir daha müraciət edir ki, "deportasiya edilənlərin" işi ilə bağlı kompensasiyayı dərhal ödəsin
Avropa Şurasının Nazirlər Komitəsi Rusiyaya yenə bir daha müraciət edir ki, "deportasiya edilənlərin" işi ilə bağlı kompensasiyayı dərhal ödəsin

Avropa Şurasının Nazirlər Komitəsi Gürcüstanın xahişi ilə, Rusiyadan “deportasiya edilənlərin” işini yenidən dəyərləndirdi.

Avropa Şurasının Nazirlər Komitəsi Rusiyaya yenə bir daha müraciət edir ki, “deportasiya edilənlərin” işi ilə bağlı 10 milyon avroluq kompensasiyayı dərhal ödəsin.

Komitə qeyd etdi ki, Strasburq Məhkəməsi Rusiyaya qarşı ədalətli qərar çıxartdı və Rusiya tərəfindən öhdəliyinin yerinə yetirilməməsi ilə bağlı narahatçılığını bildirdirdi.

Komitə vurğulayır ki, Rusiya tərəfindən gərəkən kompensasiyanın ödənilməməsi Avropa Konvensiyasının 46-cı maddəsinin kobud şəkildə pozulmasıdır.

Xatırladaq ki, Rusiya tərəfindən deportasiya edilən Gürcüstan vətəndaşlarının məsələsi ilə bağlı qərarı Strasburq Məhkəməsi 2019-cu ilin sentyabrın 23-25-də vermişdi.

Məhkəmə qərarı ilə, Rusiya tərəfindən veriləcək 10 milyon avro, Rusiydan dərhal deportasiya edilən 1500 nəfər arasında bölüşdürülməlidir.