Avropa Şurasının Nazirlər Komitəsi Rusiyaya müraciət edir ki, deportasiya edilənlərin işi ilə bağlı kompensasiyayı dərhal ödəsin
Avropa Şurasının Nazirlər Komitəsi Rusiyaya müraciət edir ki, deportasiya edilənlərin işi ilə bağlı kompensasiyayı dərhal ödəsin, – bu barədə məlumatı Gürcüstanın Ədliyyə Naziri yayır.
Nazirliyin məlumatına görə, Avropa Şurasının nazirlər komitəsi 2019-cu ilin sentyabrın 23-25-də, “Rusiyadan deportasiya edilənlərin işi” ilə bağlı məhkəmə qərarının icra prosesini dəyərləndirdi.
Komitə Gürcüstan iqtidarı tərəfindən təqdim edilən arqumenti qəbul etdi və Rusiyaya kompensasiya olaraq, Gürcüstana dərhal 10 milyon avronun ödənilməsi üçün müraciət etdi.
Komitə xatırladır ki, kompensasiyanın ödənilməsi Avropa konvensiyasının 46-cı maddəsinə əsasən, şərtsiz öhdəlikdir.
Avropa Şurasının nazirlər komitəsi çərçivəsində, Gürcüstanın Ədliyyə və Xarici İşlər Nazirlikləri, Rusiya Federasiyasının üzərinə düşən öhdəliyini yetirməsi üçün gərəkən bütün tədbirlərdən istifadə edəcəklər və bu haqda ictimaiyyətə məlumat veriləcək.