Avropa Şurasının Nazirlər Komitəsi Rusiyanın təşkilatda təmsilçilik hüququnu dayandırdı
Rusiyanın Ukraynaya silahlı hücumuna cavab olaraq Avropa Şurasının Nazirlər Komitəsi Rusiyanın təşkilatdakı təmsilçilik hüququnu dayandırdı.
Bu barədə qurumun rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.
Belə ki Rusiya Avropa Şurasının Nazirlər Komitəsində və Avropa Şurası Parlament Assambleyasındakı təmsilçilik hüquqlarından istifadə edə bilməyəcək.
“Avropa Şurasının statusuna müvafiq olaraq, Nazirlər Komitəsi bu gün Rusiya Federasiyasının Nazirlər Komitəsində və Parlament Assambleyasında təmsilçilik hüququnun dayandırılması barədə qərar qəbul etdi” -deyə bəyanatda deyilir.
Bununla yanaşı, bəyanatda qeyd olunub ki, Rusiya Federasiyası Avropa Şurasının üzvü və Avropa Şurası konvensiyalarının, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının iştirakçısı olaraq qalır. Bu bəyanata əsasən, təmsilçilik hüququnun dayandırılması müvəqqəti tədbirdir və Avropa Şurası kommunikasiya kanallarını açıq qoyur.