Avropa Şurasının Nazirlər Komitəsi Rusiyanın təşkilata üzvlüyünün dayandırılması prosedurunu başladıb
Avropa Şurasının Nazirlər Komitəsi Rusiyanın təşkilata üzvlüyünün dayandırılması prosedurunu başladıb

 

Avropa Şurasının Nazirlər Komitəsi Ukrayna və Polşanın təşəbbüsü ilə Rusiyanın Avropa Şurasına üzvlüyünün dayandırılması proseduruna başlayıb.

Bu barədə Polşanın baş naziri Mateuş Moravetski “Twitter” səhifəsində yazır.

O, qərarın yaxın vaxtlarda açıqlanacağını bildirib. Rusiya vətəndaşları üzvlük dayandırılacağı təqdirdə daha Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilməyəcəklər.