Avropa Şurasının dəstəyilə, Gürcüstan Hökumət Administrasiyası ilə əməkdaşlıqla "Qadınlara qarşı zorakılığın dəf edilməsi və qarşısının alınması naminə" konfransı keçirilir.
Tbilisidə Avropa Şurasının dəstəyilə, Gürcüstan Hökumət Administrasiyası ilə əməkdaşlıqla “Qadınlara qarşı zorakılığın dəf edilməsi və qarşısının alınması naminə” konfransı keçirilir.
Konfransda qadınlara qarşı zorakılıq və ailədaxili zorakılığa qarşı fəaliyyət üzrə çalışan ekspertlər qrupunun (“GREVIO ”) və İstanbul Konvensiyasının Tərəflər Komitəsi tərəfindən Gürcüstana verilmiş tövsiyələr müzakirə olunur.
Avropa Şurasının Gürcüstan ofisinin rəhbərinin müavini Ştefan Sirbunun qeyd etdiyi kimi, bu tövsiyələr həyata keçirmək və konkret addımlar atmaq üçün çox vacibdir.
“2025-ci ilin dekabrın 4-də dövlət “GREVIO ”ya bu tövsiyələrin icrasından bəhs edən rəsmi hesabat təqdim etməlidir. Konkret tövsiyələrin həyata keçirilməsi müxtəlif istiqamətlərdə zorakılığın qurbanı olan qadınlara və qızlara kömək edəcək. İlk növbədə, zərərçəkmişlərin ixtisaslaşdırılmış xidmətlərə çıxışı daha yaxşı olacaq. Həmçinin polisin bu cür hallara effektiv reaksiya verməsinə mane olan stiqmalaşdırılmış və inanca əsaslanan yanaşmaların qarşısının alınmasından bəhs olunur. Cinayət Mühakiməsinin definisiyaları, yəni təcavüz və zorakılıq qurbanlarının tərifləri daha yaxşı formalaşdırılacaq”-deyə Ştefan Sirbu açıqlayıb.
Konfransda dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, eləcə də akademik dairələrin nümayəndələri iştirak edirlər.
Avropa Şurasının Gürcüstandakı ofisindən verilən məlumata əsasən “GREVIO” İstanbul Konvensiyasının Gürcüstanda icrasına dair ilk və əsas hesabatı 2022-ci ilin noyabrında dərc edib və bunun əsasında da dekabr ayında Konvensiyanın Tərəfləri Komitəsi 2022-ci ilin dekabr ayında Gürcüstana münasibətdə16 tövsiyəni təsdiqləyib. Bu sənədə əsasən, Gürcüstan 2025-ci ilin sonunda tövsiyələrin icrası ilə bağlı Tərəflər Komitəsinə hesabat təqdim edəcək.
“GREVIO” İstanbul Konvensiyası olaraq da bilinən Qadınlara Qarşı Zorakılıq və Ailədaxili Zorakılıq ilə Mübarizə və Qarşısının Alınması üzrə Avropa Şurasının Konvensiyasına nəzarət edən müstəqil ekspert qrupudur. Konfrans Avropa Şurasının “Gürcüstanda qadınlara qarşı zorakılığın qarşısının alınması üçün inteqrasiya olunmuş yanaşmanın təşviqi və gender bərabərliyinin gücləndirilməsi ” layihəsinin dəstəyi ilə keçirilir.