Avropa Şurasının dəstəyi ilə Xüsusi İstintaq Xidməti Gürcüstanın dörd bölgəsində əhali ilə informasiya xarakterli görüşlər keçirib
Xidmət haqqında məlumatlılığın artırılması məqsədilə Xüsusi İstintaq Xidməti tərəfindən Kaxeti, Acara, Sameqrelo və İmereti bölgələrində əhali ilə 8 informasiya xarakterli görüş keçirilib.
Bu barədə məlumatı Xüsusi İstintaq Xidməti yayır.
Qurum tərəfindən yayılmış məlumatda bildirilir ki, görüşün keçirilməsində məqsəd yerli sakinlərə müstəqil istintaq xidmətinin səlahiyyətləri və rolu, o cümlədən xidmətlərin çatımlılığı və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yol verilmiş qeyri-müvafiq yanaşma faktlarının səmərəli araşdırılması yolu ilə insan hüquqlarının müdafiəsinin təmin edilməsi barədə məlumat vermək olub.
Regional görüşlər Avropa Şurasının “Gürcüstanda insan hüquqlarının müdafiəsi ilə polis tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində baş tutub.